Çempionlar Liqası həyəcanı: Dortmund təmsilçisi Azərbaycana gəlir!

Çempionlar Liqası həyəcanı: Dortmund təmsilçisi Azərbaycana gəlir!
16.10.2026 13:52 İdman

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Sabah” klubu ilə qarşılaşacaq “Borussiya Dortmund”un Bakıya gəliş tarixi açıqlanıb. 

TodayPress TV “AZƏRTAC”a istinadən xəbər verir ki, Almaniya təmsilçisi oktyabrın 18-i axşam saatlarında Azərbaycanda olacaq.

Qonaq komanda Bakıda olduğu müddətdə “Absheron Marriott” hotelində məskunlaşacaq.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Borussiya Dortmund” görüşü saat 20:45-də başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər