Macarıstan Ukrayna ilə münasibətlərdə yeni mərhələyə hazırlaşır: Madyar Zelenski ilə razılığa gəldi
Macarıstanın Baş naziri Peter Madyar Ukrayna Prezidenti Volodimir Zelenski ilə Brüsseldə keçirdiyi görüşdə iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin yeni təməl üzərində qurulmasının faydalı olacağı qənaətinə gəldiklərini bildirib.
TodayPress TV xəbər verir ki, Madyar bu barədə sosial şəbəkədəki paylaşımında məlumat verib.
O, Macarıstanın diplomatik vasitələrlə atəşkəsə və davamlı sülhə nail olmaq üçün bütün imkanlardan istifadə etməyə hazır olduğunu vurğulayıb. Baş nazir, həmçinin Ukraynaya həmrəyliyini ifadə edib.
Baş nazir daha əvvəl Finlandiyanın “Helsingin Sanomat” qəzetinə müsahibəsində Budapeştin Ukraynaya hərbi yardım göstərməyəcəyini bildirmişdi. O, Rusiya ilə Ukrayna arasında Kiyevin təhlükəsizliyinə real təminatlar verən sülh razılaşmasının əldə olunmasının vacibliyini qeyd etmişdi.
Türkan İsgəndərli