Paşinyanın Başkəndi ələ keçirmək planı suya düşdü: Əlində hansı “kozır” var?
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla anklav və eksklavların mübadiləsi məsələsində şifahi təklif irəli sürdüyü bildirilir.
TodayPress TV xəbər verir ki, təklifə əsasən, Ermənistanın Tigranaşen (Kərki), Verin Voskepar (Yuxarı Əskipara) və Sofulu ərazilərini, Azərbaycanın isə Artsvaşen (Başkənd) kəndini qarşı tərəfə verməsi nəzərdə tutulur.
Ehtimallara görə, Bakı belə bir mübadiləyə razılıq verməyə bilər.
Ermənistanın danışıqlarda Azərbaycana qarşı təsir imkanlarının məhdud olduğu bildirilir. Bu səbəbdən Paşinyanın gələcəkdə anklavların hamısını Azərbaycana qaytarmağa razılaşa biləcəyi ehtimalı da irəli sürülür.
Türkan İsgəndərli