İranda molla qırğını başladı - Gecə evlərində öldürüldülər

İranda molla qırğını başladı - Gecə evlərində öldürüldülər
16.10.2026 15:59 Dünya

İranın Mazandaran əyalətinin Sari şəhərində İmam Həsən Əskəri məscidinin imamı Yaser Taherinin evində öldürüldüyü bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "İranwire" mətbuat yayıb.

Yayılan məlumatlara görə, hadisəni iki nəfər törədib. Onlardan birinin qadın olduğu, hücum zamanı kəsici alətdən istifadə edildiyi iddia olunur. Məlumatlarda hücum edənlərin din xadiminin cinsiyyət orqanını da kəsərək özləri ilə apardıqları qeyd edilir.

Hadisənin motivləri və hücum edənlərin kimliyi barədə müstəqil təsdiqlənmiş məlumat yoxdur.

İranda uzun illərdir məcburi hicab qaydaları, qadın hüquqlarına qoyulan məhdudiyyətlər və dini qaydaların dövlət tərəfindən tətbiqi cəmiyyətdə narazılıq doğuran məsələlər sırasındadır. 2022-ci ildə geniş vüsət alan “Qadın, Həyat, Azadlıq” hərəkatı bu narazılıqları beynəlxalq gündəmə gətirib.


Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər