Finlandiyada qeyri-adi iş elanı yayımlandı: Hər ay 2 min avro...

Finlandiyada qeyri-adi iş elanı yayımlandı: Hər ay 2 min avro...
16.10.2026 14:32 Maraqlı

Finlandiyada qeyri-adi iş elanı yayımlanıb. Turku arxipelaqının administrasiyası təbiətin qoxularını qiymətləndirəcək və müşahidələrini sosial şəbəkələrdə paylaşacaq şəxsə 2 min avro ödəməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

“Adalar somelyesi” adlandırılan işçinin vəzifələrinə arxipelaqın adalarına səyahət etmək, təbiətin ən incə qoxu çalarlarını müəyyənləşdirmək və təəssüratları barədə ətraflı hesabatları sosial şəbəkələrdə dərc etmək daxildir.

Turku rəsmiləri namizədlər üçün xüsusi qoxu siyahısı da hazırlayıblar. Siyahıya şam meşəsinin ətri, dəniz mehinin duzlu qoxusu, ənənəvi fin odun saunasının ətri və kənd çörəkxanalarında təzə bişirilən çovdar çörəyinin qoxusu daxildir.

Yerli rəsmilər hesab edirlər ki, bu təşəbbüs arxipelaqın “dünyanın ən ətirli turizm məkanı” olduğunu nümayiş etdirməyə və adalara daha çox turist cəlb etməyə kömək edəcək.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər