TƏCİLİ: Rusiya hava limanlarında xaos yaşanır: yüzlərlə reys dayandırıldı - VİDEO
Rusiya hava limanlarında dron hücumlarından sonra xaos yaşanır.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 15-dən 16-na keçən gecə Rusiyaya edilən kütləvi dron hücumlarından sonra ölkənin bir sıra hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq olunub. Nəticədə yüzlərlə reys gecikib və ya ləğv edilib, minlərlə sərnişin isə hava limanlarında gözləməli olub.
Məlumata görə, Moskva, Sankt-Peterburq, Kazan, Samara və digər şəhərlərin hava limanlarında uçuş qrafikində ciddi pozuntular qeydə alınıb. Terminallarda sıxlıq yaranıb, sərnişinlər uzun müddət gözləmək məcburiyyətində qalıblar.
Sərnişinlər gözləmə şəraitindən, terminallardakı havasızlıqdan, sanitar qovşaqların qarşısında yaranan uzun növbələrdən və reyslərin nə vaxt həyata keçiriləcəyi barədə dəqiq məlumat verilməməsindən şikayətlənirlər.
Uçuşlara qoyulan məhdudiyyətlərin dron hücumları fonunda təhlükəsizlik tədbirləri çərçivəsində tətbiq edildiyi bildirilir.
Jalə Rövşən