Azərbaycanın U-16 voleybol millisi Litvanı məğlub etdi

Azərbaycanın U-16 voleybol millisi Litvanı məğlub etdi
22.11.2026 01:35 İdman

16 yaşadək qızlardan ibarət Azərbaycan voleybol millisi Avropa çempionatının birinci təsnifat mərhələsində ilk qələbəsini qazanıb.

TodayPress TV "İdman.Biz"ə istinadən xəbər verir ki, Estoniyanın Kyariku şəhərində keçirilən yarışın B qrupunda mübarizə aparan yığmamız sonuncu, üçünücü turda Litva ilə qarşılaşıb.

Gərgin keçən görüş Azərbaycan millisinin 3:1 (25:16, 23:25, 25:23, 27:25) hesablı qələbəsi ilə başa çatıb.

Komandamız ilk setdə üstün oyun nümayiş etdirərək 25:16 hesabı ilə qalib gəlib. İkinci hissədə Litva yığması tarazlığı bərpa etsə də, Azərbaycan voleybolçuları növbəti iki setdə rəqibindən üstün olublar.

Qeyd edək ki, millimiz turnirin ilk oyununda Estoniyaya 2:3, ikinci qarşılaşmada isə Ukraynaya 1:3 hesabı ilə məğlub olmuşdu.

Qrup mərhələsinin yekununda Litva altı xalla birinci yeri tutub. Ukrayna, Estoniya və Azərbaycan yığmalarının hər biri isə dörd xal toplayıb.

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər