Yanğın yerində qalmaqal: Jurnalist döyüldü - VİDEO
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşı hücuma məruz qalıb.
TodayPress TV xəbər verir ki, hadisə oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında baş verən güclü yanğın zamanı qeydə alınıb.
Hadisəni işıqlandırmaq üçün əraziyə ezam olunan APA TV-nin müxbiri Sənan Bəhrəmliyə özünü mühafizəçi kimi təqdim edən şəxs tərəfindən fiziki zorakılıq edilib.
Həmin şəxs jurnalisti ağır söyüşlərlə təhqir edib, ona xəsarət yetirib və APA TV-yə məxsus texniki avadanlığa zərər vurub.
APA TV-nin apardığı dəqiqləşdirmə nəticəsində jurnalistə hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib.