İran Britaniyanı da düşmənlər siyahısına saldı
İran Böyük Britaniyanın hərbi strukturlarını terror təşkilatı elan edib.
TodayPress TV xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın “düşmənçilik hərəkətlərinə” cavab olaraq Britaniya kəşfiyyat xidməti MI6-nı düşmən təşkilat, Kral Hərbi Dəniz Qüvvələrini və Kral Hərbi Hava Qüvvələrini isə terror təşkilatları kimi tanıdığını açıqlayıb.
İran XİN-in iddiasına görə, Böyük Britaniya ABŞ və İsrailin İrana qarşı müharibəsi zamanı hərbi bazalarını və logistik obyektlərini istifadəyə verib.
Kübra Musayeva