Melaniya Trampın rəqs etməsinə qadağa qoydu: "Sən prezidentsən!"
ABŞ Prezidenti Donald Tramp birinci xanım Melaniya Trampın onun ictimai tədbirlərdə rəqs etməsini bəyənmədiyini etiraf edib. Melaniya bu cür davranışı dövlət başçısına yaraşmayan hərəkət hesab edir.
TodayPress TV xəbər verir ki, Tramp Florida ştatında keçirilən seçkiqabağı mitinqdə həyat yoldaşı ilə bu mövzuda fikir ayrılıqlarından danışıb.
ABŞ liderinin sözlərinə görə, həyat yoldaşı dəfələrlə ondan belə çıxışlara son qoymasını istəyib.
“Əzizim, xahiş edirəm, bir daha rəqs etmə. Axı sən prezidentsən”, – deyə Tramp Melaniyanın sözlərini sitat gətirib.
Aysel Mətləb