Tramp Kim Çen Inlə görüşməyə yaşıl işıq yandırdı
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inlə danışıqlara açıqdır.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, Tramp hesab edir ki, Kim Çen In ABŞ və onun müttəfiqləri, o cümlədən Cənubi Koreya üçün əhəmiyyətli məsələləri müzakirə etməyə hazırdırsa, Vaşinqton danışıqlara açıq olacaq.
Xatırladaq ki, oktyabr ayında Tramp Şimali Koreyanın nüvə silahına malik olması səbəbindən Kim Çen Inlə yaxşı münasibətlər saxladığını bildirmişdi.
Aysel Mətləb