Zelenski Avropadan raketləri “nisyə” almaq istəyir

Zelenski Avropadan raketləri “nisyə” almaq istəyir
01.11.2026 09:50 Dünya

Ukrayna ABŞ-dən alacağı 500 ədəd “Patriot” raketinin bir hissəsini əvvəlcədən əldə etmək üçün Avropa tərəfdaşlarından kömək istəyəcək.

TodayPress TV xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında Kiyevin Avropa ölkələrindən müvəqqəti olaraq 10, 20 və ya 30 raket borc almağa çalışacağını bildirib.

Onun sözlərinə görə, bunun üçün müvafiq zəmanətlər və müqavilələr imzalanacaq. Raketlər isə ABŞ-dən gələcək tədarük hesabına sonradan tərəfdaşlara qaytarılacaq. Zelenski bu prosesin gündəlik danışıqlar və koordinasiya tələb etdiyini vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər