Fransada kütləvi həbslər başladı - 320 min insan küçələrdə

Fransada kütləvi həbslər başladı - 320 min insan küçələrdə
01.11.2026 01:13 Dünya

Fransada ölkə üzrə keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanları 511 nəfəri saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TF1" telekanalı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 31-i Fransada etiraz aksiyaları yenidən başlayıb. Ölkə üzrə nümayişlərdə 320 mindən çox insan iştirak edib.

Məlumata görə, paytaxtda yürüşün sonunda aqressiv etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulkalar atıblar. Buna cavab olaraq polis gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.

Polislə toqquşmalar Tuluza və Marsel də daxil olmaqla, digər şəhərlərdə də baş verib.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər