Bakıda minik avtomobili yük maşınına çırpıldı: Sürücü öldü

Bakıda minik avtomobili yük maşınına çırpıldı: Sürücü öldü
30.10.2026 09:23 Hadisə

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, hadisə Sabunçu qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb.

Nəcəfzadə Bahəddin Əfqan oğlu idarə etdiyi "Lada Granta" markalı avtomobil ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Seyidov Şamo Hüseynağa oğlunun idarə etdiyi MAN markalı yük avtomobilin yarımqoşqusuna dəyib. Sürücü B.Nəcəfzadə Neyrocərahiyyə klinikasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər