Afrikada tarixin ən dəhşətli ikinci epidemiyası: Ölənlərin sayı 5 mini keçdi
Konqo Demokratik Respublikasında (KDR) hazırkı Ebola epidemiyası zamanı laborator təsdiqlənmiş ölüm hallarının sayı 5 mini ötüb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb.
Bildirilib ki, virusa yoluxanların sayı 10 351-ə çatıb. Ölüm faizi 48,6 faiz təşkil edir.
Ebola epidemiyası mayın 15-də Uqanda və Konqo Demokratik Respublikasında başlayıb və Afrikada bütün müşahidə tarixinin ən ölümcül ikinci epidemiyası olub.
Virusdan yoluxma və ölüm halları Konqo Demokratik Respublikasının səkkiz əyalətində qeydə alınıb.
Aysel Mətləb