115-dən çox raket və dron... - İran və husilər ABŞ bazalarını necə iflic edib?
Yaxın Şərqdə münaqişənin gərginləşdiyi müddətdə İran hərbçiləri və onların dəstəklədiyi Yəmən husiləri regionda ABŞ obyektlərinə 115-dən çox zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Associated Press” (AP) peyk məlumatlarının təhlilinə istinadən məlumat yayıb.
Bildirilib ki, söhbət həm Yaxın Şərqdəki Amerika hərbi bazalarının, həm də ABŞ istehsalı olan avadanlıqların quraşdırıldığı obyektlərin vurulmasından gedir. Hücumlar raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilib. Nəticədə ümumilikdə 26 hərbi baza və digər obyektə ciddi ziyan dəyib.
Materialda qeyd olunur ki, müharibənin başlanmasından bəri İranın hərbi strategiyası da əhəmiyyətli dərəcədə dəyişib. Yaxın Şərq ölkəsinin hərbçiləri ilk aylarda əsasən təyyarə anqarlarını, eləcə də erkən xəbərdarlıq sistemlərini hədəf alırdılarsa, sonrakı dövrdə anbarlar, hərbçilərin yerləşdiyi məntəqələr və digər obyektlər getdikcə daha çox hədəfə çevrilib.
Aysel Mətləb