Rusiya-Ukrayna müharibəsi Avropanı bu vəziyyətə saldı
Rusiya və Ukrayna arasında davam edən müharibə dünya iqtisadiyyatına böyük zərər vurub.
TodayPress TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Onun sözlərinə görə, müharibənin iqtisadi və sosial fəsadları uzun müddət, xüsusilə Avropa ölkələri tərəfindən gizlədilməyə çalışılıb. Lakin hazırda bu təsirlər Avropa paytaxtlarında və digər ölkələrdə siyasi hakimiyyətlərə ciddi təsir göstərir.
Fidan qeyd edib ki, Hörmüz boğazının bağlanması fonunda müharibənin iqtisadi təsirləri dəfələrlə artaraq daha ciddi səviyyəyə çatıb.
Kübra Musayeva