ABŞ istədi, Ukrayna razılaşmadı - Rusiya yenə hədəfdə
Ukrayna Rusiyanın neft emalı zavodlarına (NEZ) hücumları dayandırmağa razılıq verməyib.
TodayPress TV xəbər verir ki, “Kyiv Independent” nəşrinin Ukrayna rəsmilərinə istinadən yaydığı məlumata görə, ABŞ-nin Konqres seçkilərinədək, hətta daha uzun müddətə bu hücumların dayandırılması ilə bağlı razılıq əldə edildiyi barədə WSJ-nin məlumatı həqiqəti əks etdirmir.
Mənbələrin bildirdiyinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Ukraynaya hücumları 30 gün müddətinə dayandırmağı təklif edib. Lakin Kiyev bu təkliflə razılaşmayıb və belə bir göstəriş verilməyib.
Ukraynalı mənbələr ölkənin Rusiyanın neft infrastrukturuna zərbələri davam etdirəcəyini, lakin ABŞ administrasiyası ilə münasibətlərdə gərginlik yaratmamaq üçün bu hücumlara görə açıq şəkildə məsuliyyəti üzərinə götürməyəcəyini bildiriblər.
Kübra Musayeva