Avropa Rusiyasız yaşamağı öyrəndi: Moskvanın yerini kim tutdu?

Avropa Rusiyasız yaşamağı öyrəndi: Moskvanın yerini kim tutdu?
01.11.2026 09:03 Dünya

Avropa İttifaqı Rusiyadan enerji asılılığını demək olar ki, tamamilə aradan qaldırıb. Hazırda Norveç və ABŞ Aİ-nin əsas enerji təchizatçılarıdır.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis “Bloomberg”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı təbii qaz tədarükünü şaxələndirmək, bərpaolunan enerji mənbələrini inkişaf etdirmək və enerji səmərəliliyini artırmaq istiqamətində addımlar atıb.

“Bloomberg”in məlumatına görə, 2022–2025-ci illərdə Aİ-də elektrik enerjisi istehsalında yaşıl mənbələrin payı 39 faizdən 47 faizə yüksəlib. Bu da qaz qiymətlərinin artmasının elektrik enerjisi tariflərinə təsirini müəyyən qədər azaldıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər