Salyanda hicaba görə məktəbə “Molotov kokteyli” atıldı - FOTO

Salyanda hicaba görə məktəbə “Molotov kokteyli” atıldı - FOTO
30.10.2026 12:43 Hadisə

Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib.

TodayPress TV Apa-ya istinadən məlumat verir ki, oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb.

Polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.

Araşdırma davam etdirilir.

TodayPress TV 


XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər