Polşada prezidentlə baş nazir üz-üzə: Tusk kompromisi rədd etdi
Polşanın Baş naziri Donald Tusk Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə bağlı Prezident Karol Navrotski ilə mübahisədə kompromisə getmək niyyətində olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə xalqa müraciəti zamanı bildirib.
“Biz müstəqil və demokratik Polşa kimi bu xəzinəni əldə etmək üçün çox uzun müddət gözləmişik. Buna görə qorxaraq geri çəkilməyəcəyik”, – deyə Tusk vurğulayıb.
Baş nazir Prezident Karol Navrotskini və onun sələfi Anjey Dudanı ölkədə hüququn aliliyini “məhv etməkdə” ittiham edib. Tusk həmçinin qeyd edib ki, hüquqi dövlətdə siyasətçi, hətta prezident olsa belə, məhkəmənin ərazisinə daxil ola, göstərişlər verə və hakimləri qorxuda bilməz.
Xatırladaq ki, Polşada siyasi böhran Tuskun öz kabinetinin keçmiş üzvü Maçey Berekini Konstitusiya Məhkəməsinin hakimi təyin etmək qərarından sonra yaranıb. Son həftələr ərzində məhkəmə binası qarşısında mütəmadi olaraq etiraz aksiyaları keçirilib.
Aysel Mətləb