Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi

Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi
01.11.2026 12:05 İdman

Rapid və blits şahmat növləri üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı başa çatıb.

TodayPress TV xəbər verir ki, kişilərin yarışında 14 xal toplayan Xaqan Əhməd bütün rəqiblərini qabaqlayaraq ölkə çempionu adını qazanıb. Əhməd Əhmədzadə 13,5 xalla ikinci, Xəzər Babazadə isə 12,5 xalla üçüncü yeri tutub.

Qadınların mübarizəsində Ləman Hacıyeva 14 xalla birinci olub. Türkan Məmmədyarova 13 xalla gümüş, Mələk İsmayıl isə 11,5 xalla bürünc medal qazanıb.

Qeyd edək ki, çempionatın bağlanış mərasimində qalib və mükafatçılara medal və diplomları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və vitse-prezident Faiq Həsənov təqdim ediblər.

Yarışın ümumi mükafat fondu 10 min manat təşkil edib.

Kübra Musayeva

FOTOLAR

Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi — 1
Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi — 2
Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi — 3
Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi — 4
Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi — 5
Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi — 6
Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi — 7
Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi — 8
Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi — 9
Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi — 10
Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi — 11
Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi — 12
Rapid və blits üzrə Azərbaycan çempionları müəyyənləşdi — 13
XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər