Aksiya bitdi, amma kütlə dağılışmır: Berlində gecə yarısı gərginliyi

Aksiya bitdi, amma kütlə dağılışmır: Berlində gecə yarısı gərginliyi
31.10.2026 23:40 Dünya

Berlində solçu qruplaşmaların nümayəndələrinin iştirakı ilə keçirilən yürüş son nöqtəsinə çatıb, lakin insanlar ərazini tərk etmirlər.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, nümayişçilər vaxtaşırı pirotexniki vasitələrdən istifadə etməyə davam edirlər, polis isə “Prenzlauer-Allee” şəhərətrafı elektrik qatarı stansiyasının yaxınlığındakı küçəni mühasirəyə alıb.

Ayrı-ayrı şəxslər saxlanılır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, solçu və Fələstinyönlü fəalların yürüşündə ümumilikdə təxminən 3 min nəfər iştirak edib. Polis insanları evlərinə dağılışmağa çağırır.

Aysel Mətləb

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər