Bakıda köhnə ət kombinatında güclü yanğın - VİDEO

Bakıda köhnə ət kombinatında güclü yanğın - VİDEO
01.11.2026 10:12 Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə TodayPress TV-yə FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 800 kv.m. sahəyə yığılmış plastik və taxta materiallar 500 kv.m. sahədə yanıb.

Materialların qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.


XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər