Xocalıda ANAMA əməkdaşı minaya düşüb
Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşüb.
TodayPress TV "Teleqraf" a istinadən xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib.
ANAMA əməkdaşı Anar Həsənov kənd ərazisində minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş xəsarət alıb.
Yaralı Xankəndi Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.