TƏCİLİ! Azərbaycanlıların olduğu gəmiyə hücum: iki vətəndaşımız həlak oldu - VİDEO
Sentyabrın 9-u səhər saatlarında Qara dənizdə, Odessanın yaxınlığında göyərtəsində dörd Azərbaycan vətəndaşının olduğu "EDY" yedək gəmisi PUA-ların hücumuna məruz qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Azərbaycanlı dənizçilərə dəstək" İctimai Birliyi məlumat yayıb.
Gəmi "Mert Marine Corporation" şirkətinə məxsusdur və Somali bayrağı altında üzüb. Azərbaycanlılarla yanaşı, gəminin göyərtəsində üç Türkiyə, iki Almaniya və bir Ukrayna vətəndaşı olub.
Birinci zərbədən sonra zədələnmiş yedək gəmisi Rumıniyanın Konstanta limanı istiqamətində hərəkət etsə də, gecə saatlarında pilotsuz uçuş aparatlarının daha iki hücumuna məruz qalıb.
Nəticədə azərbaycanlı dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olublar. Digər iki Azərbaycan vətəndaşı isə yanıq xəsarətləri alaraq Odessada xəstəxanaya yerləşdiriliblər.