Şəmkirdə istixanada yanğın baş verdi

Şəmkirdə istixanada yanğın baş verdi
10.09.2026 18:38 Hadisə

Şəmkir rayonu, Zəyəm qəsəbəsində istixanada yanğın baş verib.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

İstixana ərazisində plastik tullantılar yığılan sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikili və istixana yanğından mühafizə olunub.

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər