Qaz borusu avtomobilin üzərinə aşdı - Video
Köhnə Suraxanı qəsəbəsində qaz borusu avtomobilin üzərinə aşıb.
TodayPress TV xəbər verir ki, hadisə Malik Mustafayev küçəsində baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobilə isə ciddi ziyan dəyib.
Maşının sahibi deyib ki, hadisəni yoldaşı pəncərədən baxanda görüb.
O, maşını sığorta etdirdiklərini bildirib.
Qaz borusunun üzərinə aşan ağac artıq kəsilib hissələrə bölünüb. Hadisə ilə əlaqədar mənzillərə qazın verilişi dayandırılıb.
Daha ətraflı “Xəzər TV”nin videomaterialında: