Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur - YENİLƏNDİ

Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur - YENİLƏNDİ
10.09.2026 12:57 Hadisə

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımov barədə yeni detallar məlum olub.

TodayPress TV xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb.

Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib.

Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib.

Belə ki, Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib. Bundan əlavə, digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyi ilə bağlı söz verib.

TodayPress TV

***

11:20

Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur.

TodayPress TV xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, sabiq Baş konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.

Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb.

O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsul vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.

TodayPress TV

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər