Aparıcının bağ evinə basqın: Bir nəfər saxlanıldı - VİDEO

Aparıcının bağ evinə basqın: Bir nəfər saxlanıldı - VİDEO
27.11.2026 08:31 Hadisə

Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evinə basqınla bağlı iddialarına Daxili İşlər Nazirliyi aydınlıq gətirib.

TodayPress TV xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərindən birində axtarışda olan şəxsin yeri müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılan, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov istintaqa təhvil verilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Fira Cəlilova noyabrın 26-da saat 22:00 radələrində təxminən 15 nəfərin beş avtomobillə bağ evinə basqın etdiyini iddia etmişdi.

Aparıcı evdən mobil telefonların, ümumi dəyəri on minlərlə manat olan zinət əşyalarının, müşahidə kameralarının və digər elektron avadanlıqların oğurlandığını bildirmişdi.

O, hadisənin araşdırılması və oğurlanan əşyaların qaytarılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər