Zelenski Azərbaycan əsilli prokuroru mükafatlandırdı
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli prokuror Etibar Səmədovu xidmətinə görə mükafatlandırıb.
TodayPress TV Report-a istinadla xəbər verir ki, Volodimir Zelenski müvafiq sərəncamı ilə Donetsk vilayəti hərbi prokurorluğunun rəhbəri, Səmədov Etibar Xəqani oğlunu "Əmək və şücaətə görə" medalı ilə təltif edib.
Qeyd edək ki, əslən Azərbaycanın Tovuz rayonunun Əyyublu kəndindən olan E. Səmədov uzun müddətdir ki, Ukrayna prokurorluq orqanlarında çalışır. Son vaxtlar isə Donetsk vilayətinin hərbi prokurorluğuna rəhbərlik edir.