Xəzərdə ilk dəfə görünən Azərbaycan pilotsuz hərbi gəmiləri diqqət çəkdi

Xəzərdə ilk dəfə görünən Azərbaycan pilotsuz hərbi gəmiləri diqqət çəkdi
08.09.2026 13:45 Gündəm

Azərbaycanın Türkiyə ilə birgə istehsal etdiyi pilotsuz dəniz vasitələri beynəlxalq medianın diqqətini çəkib.

TodayPress TV xəbər verir ki, “Clash Report” “Azərbaycan artıq Türkiyənin pilotsuz dəniz vasitələrini ölkə daxilində birgə istehsal edir” başlıqlı xəbər yayıb.

Nəşr qeyd edib  ki, Prezident İlham Əliyev Azərbaycanın “MİRAS” şirkəti ilə Türkiyənin “DEARSAN” gəmiqayırma zavodunun birgə istehsal xəttinə baş çəkərək SALVO və KAYRA pilotsuz dəniz vasitələrini nəzərdən keçirib.

15 metr uzunluğundakı SALVO silahlı pilotsuz dəniz vasitəsi raket və toplarla təchiz olunub və missiyadan sonra geri qayıda bilir. 7,6 metr uzunluğundakı KAYRA isə 60 düyündən yüksək sürətə malik kamikadze pilotsuz dəniz vasitəsidir.

Məlumata görə, hər iki platformanın Xəzərin sahilyanı ərazilərinin və enerji infrastrukturunun mühafizəsində istifadəsi nəzərdə tutulur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər