"Sumqayıtda uşaqları qəsdən qorxunc xəstəliklərə yoluxdururdular” – Erməni həkimlə bağlı dəhşətli İDDİA
AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu azərbaycanlı uşaqların erməni həkim və tibb bacıları tərəfindən xəstəliklərə yoluxdurulması ilə bağlı iddialar səsləndirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə şəxsi “Facebook” hesabında yazıb.
O bildirib ki, bu mövzuda yazılar paylaşdıqdan sonra şəxsi mesaj qutusuna çoxsaylı zərərçəkən və şahidlərin müraciətləri daxil olub.
Onun sözlərinə görə, 1988-ci ildə erməni həkim tərəfindən Hepatit C virusuna yoluxdurulduğu iddia edilən qazaxlı şəxsin yaxını da ona müraciət edib. Həmin şəxs həmin dövrdə onlarla uşağın qəsdən Hepatit C-yə yoluxdurulduğunu iddia edib.
Müraciətdə hadisədə adı çəkilən həkimin soyadının Mamikonov olduğu, onun yanında çalışan tibb bacısının isə müayinə etdiyi uşaqların Hepatit C virusuna yoluxdurulduğunu sonradan anladıqlarını bildirdiyi qeyd olunub.
Müəllif, apardığı araşdırma zamanı Artyom Mamikonovun 1970–1980-ci illərdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasının infeksiya şöbəsinin müdiri vəzifəsində çalışdığını qeyd edib.
O, həmçinin həmin dövrdə Sumqayıtın müxtəlif sahələrində rəhbər vəzifələrdə çalışan erməni əsilli şəxslərin adlarını sadalayıb. Bunlar “Fizdispanser”in baş həkimi Vladimir Avakyan, Mədəniyyət şöbəsinin müdiri Tamara Qasanovna, Sintetik Kauçuk Zavodunun baş mühəndisi A. Qalustyan, Boruyayma Zavodunun kommersiya üzrə direktor müavini Robert Ambarsumov, təchizat şöbəsinin müdiri Mişa Ayrapetov, Mərkəzi Kimya Laboratoriyasının müdiri Oktyabrina İvanovna Sarkisova, Mərkəzi Avtomatlaşdırma və Mexanikləşdirmə Laboratoriyasının müdiri Georgi Osipov, baş kassir Emma Qriqoryevna, Marten sexinin plan şöbəsinin rəisi Suren Mursaelyan və şəhər partiya komitəsinin milis-gözətçisi Edikdir.
Jalə Rövşən