Söyüdlüdə ilk partlayış - Azərbaycanın prosesə başlaması kimləri narahat etdi?
Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda Söyüdlü (Zod) qızıl yatağında qanuni mədən işlərinə başlaması hələ də separatçı və işğalçı düşüncədə ilişib qalan qüvvələri ciddi şəkildə narahat edir.
Onlar uzun illər ərzində yatağın qeyri-qanuni istismarından faydalanıblar və indi sosial şəbəkələrdə Azərbaycanın öz suveren ərazisində peşəkar fəaliyyətini “işğal” kimi təqdim etməyə çalışırlar.

“AzerGold” QSC Qafqazın ən böyük qızıl yataqlarından biri olan Söyüdlüdə mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatını uğurla həyata keçirib. Partlayış təsdiq edilmiş texniki layihə və təhlükəsizlik tələblərinə uyğun icra olunub. 2025-ci ilin avqustundan yataqda 18 000 metr dərinlikdə qazma işləri aparılıb. JORC standartlarına görə çıxarıla bilən qalıq ehtiyatlar 1,03 milyon unsiya qızıl qiymətləndirilib.
Hazırda layihədə 236 nəfər çalışır, onlardan 55-i Kəlbəcər sakinləridir. İlkin mərhələdə təxminən 700, tam istismarda isə 1300-dən çox iş yeri yaradılacaq.
Söyüdlü yatağı Kəlbəcər rayonunun ərazisində yerləşir və 27 il işğal altında qalıb. Bu dövrdə yataq qeyri-qanuni istismar olunub. Azərbaycan öz torpağına qayıdaraq təbii sərvətlərinə sahib çıxır.
Bu reallığı heç bir köhnə işğalçı düşüncə və təxribat xarakterli iddialar dəyişə bilməz. Ölkəmiz öz ərazisində qanuni, şəffaf və peşəkar fəaliyyətini davam etdirəcək.
Jalə Rövşən