Prezidentin "Şöhrət" ordeni ilə təltif etdiyi Aziz Sancar KİMDİR ?
Prezident İlham Əliyev Aziz Sancarı “Şöhrət” ordeni ilə təltif edib.
TodayPress TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Aziz Sancar 1946-cı ildə Türkiyənin Mardin vilayətinin Savur rayonunda orta gəlirli fermer ailəsində anadan olub. O, türk-amerikalı biokimyaçı və molekulyar bioloqdur.
İstanbul Universitetinin Tibb Fakültəsini 1969-cu ildə birinciliklə bitirdikdən sonra bir müddət həkim işləyib. Daha sonra ABŞ-də Texas Universitetində molekulyar biologiya üzrə doktorluq dərəcəsi alıb və Yale Universitetində postdoktoral tədqiqatlar aparıb.
1982-ci ildən Şimali Karolina Universitetində professor kimi fəaliyyət göstərən Aziz Sancar DNT təmiri, hüceyrə dövrü və bioloji saat mexanizmləri üzrə tədqiqatlar aparır. 2015-ci ildə Tomas Lindahl və Paul Modrich ilə birlikdə DNT təmirinin mexanizmlərinin öyrənilməsinə verdiyi töhfələrə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb.
O, Nobel medalını Atatürkün Anıtkabirinə bağışlayıb.
Aziz Sancar 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən fəxri diplomla təltif edilib, AMEA-nın fəxri üzvü seçilib və Azərbaycana bir neçə dəfə səfər edib.
O, həyat yoldaşı ilə birlikdə ABŞ-də türk tələbələrinə dəstək verən fond yaradıb və Türk dünyasına bağlılığını daim vurğulayıb.
Aziz Sancar 1978-ci ildən biokimyaçı Gwen Boles Sancar ilə evlidir. Onların iki xaç qızı var.
Hazırda 79 yaşında olan alim elmi və tədris fəaliyyətini davam etdirir.
Jalə Rövşən