Ermənistan Azərbaycandan mədəd umur: Xilası Bakıda görən həftəlik xülasə

Ermənistan Azərbaycandan mədəd umur: Xilası Bakıda görən həftəlik xülasə
04.09.2026 15:42 Gündəm

Həftə ərzində Ermənistanın informasiya məkanında üstünlük təşkil edən mövzular ölkənin həm regional siyasətini, həm də daxili siyasi proseslərini əks etdirir. 

TodayPress TV-nin apardığı monitorinq göstərir ki, erməni mediasının gündəliyində əsasən üç istiqamət ön plana çıxıb:

Bişkek görüşləri, Ermənistanın daxili siyasi gündəmi və Rusiya ilə münasibətlər ətrafında yaranan müzakirələr.

Bişkekdə keçirilən Paşinyan-Əliyev görüşü erməni mediasında əsasən sülh prosesinin davamı kontekstində işıqlandırılır. Xəbər və şərhlərdə Vaşinqton sənədlərinin əhəmiyyəti, ticarət və tranzit imkanları, eləcə də TRIPP layihəsi sülh prosesinin praktik nəticələri kimi təqdim olunur. Bununla yanaşı, görüş çərçivəsində yeni mühüm razılaşmanın elan edilməməsi də diqqətdən kənarda qalmır.

Erməni informasiya məkanında xüsusi diqqət çəkən digər mövzu Paşinyan-Putin görüşüdür.

Rəsmi media görüşü daha çox konstruktiv müstəvidə təqdim etsə də, müzakirələrin əsas istiqamətlərindən birini Ermənistanın Avropa İttifaqı ilə münasibətləri və Rusiyanın Ermənistandakı hərbi mövcudluğudur.  Putinin Ermənistanın Aİ-yə üzvlük istəyinin Avrasiya İqtisadi İttifaqı ilə mümkün uyğunsuzluğuna dair fikirləri, eləcə də Gümrüdəki Rusiya hərbi bazasının gələcəyi ilə bağlı açıqlamalar erməni mediasında geniş müzakirə olunur.

Daxili siyasi gündəmdə isə keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsi əsas mövzulardan biridir.  Onun rüşvət və çirkli pulların yuyulması ittihamları ilə saxlanılması erməni mediasında fərqli prizmadan təqdim olunur. Rəsmi və hakimiyyətə yaxın media bunu korrupsiyaya qarşı mübarizə kontekstində işıqlandırdığı halda, müstəqil və müxalif media hadisəni köhnə siyasi elitanın təqibi ilə əlaqələndirən yanaşmalara da yer verir.

İqtisadi gündəmdə isə Ermənistan-Aİ iqtisadi əlaqələri, tarif güzəştləri, ixracın şaxələndirilməsi və TRIPP layihəsinin perspektivləri diqqət çəkən mövzular sırasındadır. Həmçinin Qərbin Ermənistana Rusiya ilə viza tələbi qoyduğu iddiaları var. 

Beləliklə, Ermənistanın informasiya gündəliyində bir tərəfdən Azərbaycanla sülh və Qərbə inteqrasiya, digər tərəfdən isə Rusiya ilə münasibətlərin gələcəyi və daxili siyasi mübarizə əsas müzakirə xəttini təşkil edir. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər