Nikolun protokol xidməti hara baxır ? - Baş nazirin çaşdığı görüntülər -VİDEO

Nikolun protokol xidməti hara baxır ? - Baş nazirin çaşdığı görüntülər -VİDEO
01.09.2026 15:31 Gündəm

“Ermənistanda bir nəfər normal məmur tapılmır ki, protokol xidməti barədə Paşinyana təlim keçsin”.

TodayPress TV xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

“İstənilən rəhbər ilə görüşən kimi Paşinyan özünü itirir, artıq və lazımsız hərəkətlər edir, qaş-gözünü oynadır, bəzən gedəcəyi istiqaməti tapa bilmir, məkanda koordinat və oriyentirləri itirir”, – deyə ekspert bildirib.

O qeyd edib ki, bu dəfə də  Bişkekdə ŞƏT sammiti çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarovla görüşən  Paşinyan foto çəkilişini unudaraq uzaqlaşmaq istəyib.

Videoda Qırğızıstan Prezidentinin Nikol Paşinyanı əlindən tutaraq geri qaytarmağa məcbur olduğu görünür. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər