Zelenski Nyu-Yorka səfər edəcək
Ukrayna Prezidenti Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyəti gələn həftə BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Heorhi Tıxı bildirib.
Xatırladaq ki, Ukrayna mediası daha əvvəl Zelenskinin BMT Baş Assambleyasında çıxışının sentyabrın 24-ü səhərə planlaşdırıldığını xəbər vermişdi.
Jalə Rövşən