Qətərdən Tehrana təcili səfər: ABŞ-nin sülh planına İranın cavabı nə oldu?

Qətərdən Tehrana təcili səfər: ABŞ-nin sülh planına İranın cavabı nə oldu?
31.10.2026 04:20 Dünya

Qətər nümayəndə heyəti bir həftə ərzində ikinci dəfə Tehrana səfər edib. Məqsəd ABŞ və İran arasında razılaşmanın əldə olunmasına vasitəçilik etməkdir.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilib ki, vasitəçilik danışıqları ABŞ ilə koordinasiya olunub.

Məlumata görə, Qətər bazar günü İrana sülh planı layihəsi təqdim edib. Lakin yüksək vəzifəli iranlı rəsmi təklifləri qəbuledilməz adlandırıb və Tehranın nüvə məsələsində güzəştsiz mövqeyinin dəyişməz qaldığını bildirib.

Görüşdən sonra Qətər İranı region ölkələrinə qarşı təhdidlərə son qoymağa və Hörmüz boğazını yenidən açmağa çağırıb. İran Xarici İşlər Nazirliyinin kommunikasiya departamentinin rəhbəri Mahmud Maleki isə Tehranda görüşün özünün İranın xoş niyyətinin göstəricisi olduğunu deyib. O, Qətər rəsmilərini ictimai açıqlamalarında daha ehtiyatlı olmağa və vasitəçi rolunun hüdudlarını aşmamağa çağırıb.

Mediada yayılan məlumatlara görə, Vaşinqton nüvə məsələsinin danışıqların ilk mərhələsindən etibarən müzakirə olunmasını istəyir. Tehran isə ABŞ-dən əvvəlcə limanlara tətbiq edilən blokadanı dayandırmağı və neft ixracına qoyulan sanksiyaları ləğv etməyi tələb edir. Bununla yanaşı, bir sıra iranlı siyasətçi və rəsmilər nüvə proqramına hər hansı məhdudiyyətin tətbiqinə qarşı çıxırlar.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər