“Green Card” gözləyənlərə PİS XƏBƏR
ABŞ-də DV-2027 “Green Card” lotereyasına qeydiyyatın başlanması yenidən qeyri-müəyyən müddətə təxirə salınıb.
TodayPress TV xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, bu dəfə qeydiyyat prosesinin başlanmasına apellyasiya məhkəməsinin qərarı mane olub.
Məhkəmə əvvəlki instansiyanın ABŞ Dövlət Departamentinə oktyabrın 29-dək müraciət tarixlərini elan etməyi və noyabrın 1-dən gec olmayaraq qeydiyyatı açmağı tapşıran qərarının icrasını dayandırıb.
Beləliklə, DV-2027 proqramı üzrə qeydiyyatın bərpası müvəqqəti olaraq dondurulub.
Hazırda müraciətlərin nə vaxt qəbul ediləcəyi və yaxın müddətdə qeydiyyatın ümumiyyətlə başlayıb-başlamayacağı məlum deyil.
Kübra Musayeva