Zelenski Londona səfər etdi

Dünya

08.12.2025 16:13

Ukrayna Prezidenti Volodimir Zelenski Londona səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Interfax-Ukrayna" məlumat yayıb.

“The Independent” nəşrinin yazdığına görə, Zelenski səfər çərçivəsində Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə görüşəcək.

Qeyd edək ki, dekabrın 3-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin kürəkəni Cared Kuşner arasında danışıqlar keçirilib. Tərəflər ABŞ-nin sülh planı üzrə razılığa gələ bilməyiblər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vaşinqtonun bəzi təklifləri məqbul sayılsa da, ərazi məsələsi əsas maneə olaraq qalır.

Daha əvvəl Avropa liderlərinə Putin və Vitkoff arasında aparılan danışıqlar barədə məlumat verilmədiyi də bildirilmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: Volodimir Zelenski ,Ukrayna ,Yuri Uşakov,Vladimir Putin,Todaypress.tv,