Yaponiya ABŞ-dən dəstək istədi

Yaponiya ABŞ-dən  dəstək istədi
07.12.2025 15:30 Dünya

Yaponiya Tayvan məsələsi ilə bağlı Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib.

TodayPress TV  xəbər verir ki, bunu "Financial Times" nəşri yazıb.

Məqalədə qeyd olunur ki, Yaponiyanın ABŞ-dəki səfiri Siqeo Yamada Donald Tramp administrasiyasından Tokioya açıq dəstəyin gücləndirilməsini xahiş edib.

Bildirilir ki, bu müraciət Yaponiyanın baş naziri Sanae Takaitiyə Çin hakimiyyəti tərəfindən yönələn tənqidlərdən sonra səsləndirilib. Həmin vaxt Çin iqtisadi sanksiyalarla hədələyib və vətəndaşlarını Yaponiyaya səfərlərdən çəkinməyə çağırıb.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər