Vəziyyət qarışdı, Rus ordusu Paşinyana qəsd hazırlayır? - mediaya sızdı
Dünya
15.05.2026 13:26
Ermənistanda seçkilərdən sonra Baş nazir Nikol Paşinyanın istefasını tələb edən genişmiqyaslı etirazların baş vermə ehtimalı yüksək qiymətləndirilir.
TodayPress TV Rusiya KİV-lərinə istinadən bildirilir ki, bəzi mənbələr Gümrüdə yerləşən Rusiya hərbi bazasından “terror təhdidləri” bəhanəsi ilə istifadə olunmasını istisna etmir.
Digər analitiklər isə Rusiyanın Ermənistandakı təsir imkanlarının məhdud olduğunu, prosesdə Türkiyə, Azərbaycan və Qazaxıstan kimi ölkələrin mövqeyinin də balansı dəyişə biləcəyini qeyd edirlər.
Məlumata görə, ümumi vəziyyət olduqca qeyri-sabit olaraq qalır və nəticənin Nikol Paşinyanın komandasının effektivliyindən, həmçinin Rusiyapərəst qüvvələrin səsvermə gününə qədər birləşə bilmə qabiliyyətindən asılı olacağı bildirilir.
Nicat Osmanlı
tag: Rusiya,Gümrü,Paşinyan,Seçki,Qəsd,Todaypress.tv,
