Vens: "İranla bağlı növbəti addımları Donald Tramp müəyyən edəcək"
ABŞ administrasiyası İranda hökumət əleyhinə etirazların iştirakçılarını dəstəkləyir.
TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında amerikalı jurnalistin sualını cavabında deyib.
“Prezidentimiz İrandakı dinc etirazçıların yanında olduğumuzu, onları dəstəklədiyimizi bildirib”, - o bildirib.
ABŞ-İran danışıqlarına toxunan Vens qeyd edib ki, bu məsələ ilə bağlı növbəti addımlar Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən müəyyən ediləcək.