NATO təyyarəsi Qara dənizdə rekord qırdı

NATO təyyarəsi Qara dənizdə rekord qırdı
04.11.2026 05:20 Dünya

NATO-ya məxsus kəşfiyyat təyyarəsi Qara dəniz üzərində rekord müddət uçuş həyata keçirib.

TodayPress TV xəbər verir ki, "TASS" agentliyinə dispetçer xidmətlərindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, “Bombardier ARTEMIS II” təyyarəsi Rumıniyanın Konstansa şəhərindəki aerodromdan havaya qalxaraq Bakı vaxtı ilə saat 10:40 radələrində Qara dənizin cənub hissəsi üzərində uçuşa başlayıb. Təyyarə təxminən 11 kilometr yüksəklikdə qərbdən şərqə və əks istiqamətdə hərəkət edib.

Məlumata görə, təyyarə Rumıniya istisna olmaqla, heç bir dövlətin hava məkanına daxil olmayıb. Bununla belə, bir neçə dəfə Rumıniya ilə Ukrayna sərhədinə yaxın əraziyə uçub.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər