Vens: “ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”

Vens: “ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”
18.02.2026 00:36 Dünya

“Vaşinqton Yaxın Şərqdə nüvə silahlarının yayılmasının qarşısını almağı prioritet hesab edir”.

TodayPress TV xəbər verir ki, bu fikirləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “Fox News”a verdiyi müsahibədə bildirib.

“ABŞ-nin müəyyən qırmızı xətləri var. Burada əsas marağımız İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Biz nüvə silahının yayılmasını istəmirik. Əgər İran nüvə silahı əldə edərsə, onlardan sonra nüvə silahı əldə etmək istəyən çoxsaylı dost və ya dost olmayan rejimlər olacaq. Bu, Amerika xalqı üçün fəlakət olardı”, - deyə Vens vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər