Ukraynanın təmsilçiləri İstanbula gəldilər

Ukraynanın təmsilçiləri İstanbula gəldilər
16.05.2025 11:55 Dünya

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov İstanbuldadırlar. 

TodayPress TV xəbər verir ki, bu barədə "Public.News" nəşri məlumat yayıb.

Bildirilir ki, onlar ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq, Almaniya, Böyük Britaniya və Fransanın milli təhlükəsizlik müşavirləri ilə görüşüblər. 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukrayna ilə 2022-ci ildə dayandırılan danışıqları İstanbulda ilkin şərt olmadan bərpa etməyə hazırdır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər