Ukraynada partlayış - Yeddi polis yaralandı
Ukraynanın cənubunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində növbə dəyişikliyinə gələn və maşınlarını orada park edən yeddi patrul polisi əməkdaşı yaralanıb.
Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, istintaq hadisənin terror aktı olub-olmadığını araşdırılır.
Aynur TAC