Ukrayna səfiri: "Mayami danışıqlarında əsas məsələlər açıq qaldı"
"ABŞ və Ukrayna nümayəndə heyətlərinin Mayamidə keçirdiyi görüşdən sonra bir sıra mürəkkəb məsələlər hələ də razılaşdırılmamış olaraq qalır".
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olqa Stefanışina "CNN"ə açıqlama verib.
Səfirin sözlərinə görə, danışıqlarda ən böyük çətinliklər ərazi məsələləri və təminatlar ilə bağlıdır. O bildirib ki, müzakirələr hələ nəticə verməsə də, real və qəbul edilə bilən həll yolunun axtarışı davam edir
Rəsmi Kiyev görüşün nəticələrinə dair əlavə detallar açıqlamayıb.