Ukrayna Rusiyanın neft damarını hədəfə aldı - VİDEO
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Başqırdıstan Respublikasında yerləşən “Transneft” şirkətinə məxsus obyektə zərbə endirib.
TodayPress TV xəbər verir ki, Başqırdıstanın Nurlino yaşayış məntəqəsi yaxınlığında yerləşən “Nurlino” nasos stansiyasında hücumdan sonra yanğın baş verib.
Məlumata görə, stansiya “Transneft”in magistral neft kəmərləri sisteminə daxildir və Ural ilə Qərbi Sibirdən neftin Rusiyanın cənub bölgələrinə nəqlini təmin edir.
Bildirilib ki, neft axınının bir hissəsi Novorossiysk, Tuapse və Taman istiqamətlərinə, həmçinin ölkənin cənubundakı neft emalı zavodlarına yönləndirilir.